Təşəkkürlər

İlk növbədə, proqramda istifadə etdiyimiz lüğətlərin müəllifləri, redaktorları və digər tərtibatçılarına böyük və əziyyətli əməklərinə görə xüsusi minnətdarlığımızı bildiririk.

Bundan əlavə, layihəmizdə bilavasitə iştirak etmiş hər bir kəsə ürəkdən təşəkkür edirik:

  • Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor İsa Həbibbəyli Əkbər oğlu layihənin ideyasını dəstəklədiyinə görə;
  • Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu Zellabdin oğlu İnstitutun hazırladığı lüğətləri istifadə etmək imkanını təqdim etdiyinə görə;
  • Azərbaycan Dövlət Dillər Universitetinin tələbəsi Samirə Əliyeva Rauf qızı Cavidan Cavanşirli Fəxri qızı, proqrama daxil edilmiş lüğətlərin elektron versiyalarının hazırlanması ilə bağlı könüllü və fədakar əməklərinə görə;