Layihədə iştirak
Əziz istifadəçilər!
“Bildilçin” proqram təminatı xoşunuza gəlirsə, onun təkmilləşdirilməsi və inkişaf etdirilməsi prosesinə qoşulun:
- Lüğətlərdə aşkar etdiyiniz səhvlər haqda bizə xəbər verin. Bu, cəmi bir neçə saniyə tələb edir – oxuduğunuz lüğət məqaləsini tərk etmədən, səhv olan mətn fraqmentini seçib 'Ctrl' + 'Enter' düymələrini basın.
- Proqram haqda məlumatı sosial şəbəkələrdə bölüşün, proqramın mobil versiyasını quraşdırıb, onu qiymətləndirin və müsbət rəy yazın. İnanırıq ki, layihəmizin artan populyarlığı müxtəlif müəllifləri öz lüğətlərini bizə təqdim etməyə həvəsləndirə bilər. Biz isə, öz növbəmizdə, həmin lüğətləri sizlər üçün 'Bildilçin'-ə məmnuniyyətlə daxil edirik.